Moskvanın “Vnukovo” hava limanına təyyarələrin enişi məhdudlaşdırılıb

Moskvanın “Vnukovo” hava limanına təyyarələrin enişi məhdudlaşdırılıb

04-07-2023 12:57 / Bu xəbər 813 dəfə oxundu

Rəsmi qurumlar qərarın texniki səbəbə görə verildiyini deyirlər

Moskvanın "Vnukovo” hava limanına təyyarələrin enişi məhdudlaşdırılıb.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Telegram” mesajlaşma proqramında məlumat yayıb.

Qurum bildirib ki, iyulun 4-də səhər Moskvanın "Vnukovo” hava limanına enişlər texniki səbəblərə görə məhdudlaşdırılıb.

Məlumata görə, uçuşlar şəhərin digər hava limanlarına yönləndirilib.

Hava limanına enişlərin məhdudlaşdırılmasına səbəb Moskva yaxınlığında ələ keçirilən bir sıra dronlarla bağlı olduğu bildirilir.

"Reuters” yazıb ki, hələ bunun dəqiq olub-olmadığını müəyyən etmək mümkün olmayıb.

Təxminən 16 reysin şəhərdə yerləşən digər hava limanlarına, "Domodedovo” və "Şeremetyevoya” yönləndirildiyi bildirilir.