“Atalanta” Avropa Liqasının qalibi olub
23-05-2024 12:43 / Bu xəbər 1234 dəfə oxundu
İtaliya klubu "Bayer”in məğlubiyyətsizlik seriyasına son qoyub
Mayın 22-də UEFA Avropa Liqasının final oyunu keçirilib.
Turnirin final matçında Almaniyanın "Bayer” (Leverkuzen) və İtaliyanın "Atalanta” komandaları üz-üzə gəlib.
İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena”da keçirilən oyun saat 23:00-da start götürüb.
Qarşılaşma "Atalanta”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Final matçındakı yenilgi "Bayer”in 51 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyub.
İtaliya klubu isə qələbə sayəsində 2023/24 mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.