"Avro 201"': Rumıniya-Fransa - 1:2 (YENİLƏNİB)

11-06-2016 00:16 / Bu xəbər 2539 dəfə oxundu

Bu gün Fransada futbol üzrə Avropa çempionatında final mərhələsinin oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, turnirin açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya ilə üz-üzə gələcək.

"Stad de France" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Viktor Kaşşainin başçılıq edəcəyi macarıstanlı hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 24 komanda iştirak edəcək. Altı qrupun qalibləri və ikinciləri ilə yanaşı, ən yaxşı 4 qrup üçüncüləri də 1/8 finalda oynamaq hüququ qazanacaq.

***

Fransa - Rumıniya - 1:1 (İkinci hissə)

Qol: Olivye Jiru, 57 (1:0), Stanku, 65-pen. (1:1)
Hakimlər: Viktor Kaşşai, Dyord Rinq, Ventsel Tot, Byorn Kuypers (hamısı Macarıstan)
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Sen-Deni. "Stad de France"

Fransa: Hugo Lloris (k), Patris Evra, Adil Rami,  N'Qolo Kante, Antuan Qrizmann, Dimitri Payet, Oliver Jiru, Blez Matyuidi, Pol Poqba, Bakari Sanya,  Loren Koselni

Rumıniya:  Çiprian Tatarușanu, Razvan Rat, Ovidiu Hoban, Vlad Çirişeş (k), Mihai Pintilii, Nikolae Stanku, Florin Andone, Boqdan Stanku, Adrian Popa, Dragoş Grigore, Kristian Sapunaru

***
Fransa - Rumıniya - 2:1

Dmitri Payetin 89-cu dəqiqədə vurduğu qolla Fransa yığması önə keçib. 

Oyun Fransanın Rumıniya qarşısınsa 2-1 üstünlüyü ilə başa çatıb.

Fransa 2-1 Romanya / Maçın Özeti