Avro 2020 bir il təxirə salındı

Avro 2020 bir il təxirə salındı

18-03-2020 01:02 / Bu xəbər 626 dəfə oxundu

UEFA koronavirusa görə çempionatın zamanını dəyişdi

Bu yay keçiriləcək Avropa çempionatı 2021-ci ilə qədər təxirə salınıb. UEFA koronavirus pandemiyasına görə bu qərarı verib.

Avropa futbolunun idarəedici orqanı qitənin 55 milli futbol assosiasiyası ilə günorta saatlarında görüş keçirib və 17 dəqiqə sonra ilk olaraq Norveç FA turnirin gələn ilə qədər təxirə salınması ilə bağlı tvit atıb. Daha sonra UEFA da xəbəri təsdiqləyib, "- "Guardian” bildirir.

Təqdim olunan yeni tarixlər 11 iyun- 11 iyul 2021-ci ildir. Kişilər və ya qadınlar üçün digər klub və beynəlxalq yarışların tarixləri ilə əlaqədar qərarlar "lazımi qaydada alınacaq və elan ediləcək”.

UEFA-nın prezidenti Aleksandr Ceferin deyib: "Biz çox sayda insanın yaşadığı, bu görünməz və sürətli bir rəqib tərəfindən məhv edilmiş idmanın rəhbəriyik. Bəzən belə olur, futbol ictimaiyyəti məsuliyyət, birlik, həmrəylik və altruizm nümayiş etdirməlidir”.

"Azarkeşlərin, işçilərin və oyunçuların sağlamlığı bizim bir nömrəli prioritetimiz olmalıdır. Bu ruhda UEFA yarışların bu mövsümünü təhlükəsiz başa vurması üçün bir sıra variantları müzakirə edib və mən Avropa futbolundakı həmkarlarımın cavabından qürur duyuram. Əsl əməkdaşlıq ruhu oldu və hamı ən yaxşı nəticəyə nail olmaq üçün bir şey qurban verməli olduğumuzu qəbul edir”.

Turnir bu il 12 iyun-12 iyul tarixlərində London, Qlazqo və Dublin də daxil olmaqla Avropanın 12 ölkəsində keçirilməli idi.

Keçən həftə milli liqalar və UEFA-nın öz Çempionlar Liqası və Avropa Liqasının klub yarışları dayandırıldıqdan, o cümlədən Avropada ciddi səyahət və sosiallaşma məhdudiyyətləri yarandıqdan sonra turnirin təxirə düşməsi gözlənilən idi.///Meydan.Tv