Avropa Oyunlarına 200 min bilet satıldı
29-05-2015 01:53 / Bu xəbər 2167 dəfə oxundu
İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına artıq 200 minədək bilet satılıb.
"Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatına görə, açılış mərasimi üçün nəzərdə tutulan biletlərin isə 70 faizi artıq satılıb.
Birinci Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb. Bilet satışı prosesi hazırda davam edir.
Əməliyyat Komitəsi bildirir ki, xarici ölkələrdən əsasən, Böyük Britaniya, Rusiya, Almaniya, Hollandiyadan daha çox biletin alındığı müşahidə olunur. /Amerikanın səsi/












