Aydın Can Zahir Əzəmətdən yazdı: "ıştı qədə dıli bədızem i şəv..."
25-04-2021 01:34 / Bu xəbər 9805 dəfə oxundu
Dünyanın heç bir dilində, heç bir dilə tərcüməsində bu gözəllikdə deyilə, səslənə bilinməyəcək:
ıştı qədə dıli bədızem i şəv,
ıştı qədə dıli bahəm şin-şini,
- şeirinin müəllifi Zahir Əzəmətin ad günüdür!
Şairliyini, istedadını millətə, oxucuya, dövlətə qaxınc etmədən, ədəbi və mətbu dilənçi obrazına girmədən, necə və nə cür yaşamağın şərəfsizlikdən, ləyaqətsizlikdən gücü çatdığı qədər uzaq yolunu seçən, gənclər üçün işıqlı ideyaların, təşkilatların yaradıcısı, yaradanları ilə bir cərgədə mümkün qədər faydalı bu əziz imza həm də vətənə əsgər xidmətini özünə borc bilib - qaçıb heç harda gizlənməyib, heç kimdən heç nə ummayıb və həmişə də ön sıralarda olub yaşıdlarından!

Zahir Əzəmət
Özünə ev istəməsə də, müraciətiylə, ən azı, iki həmkarına ev verdirmiş (Əli Həsənovun nifrəti olmasaydı, hətta üçünə olacaqdı) alçaqkönüllü, fədakar və mərd insan-imzamızın hərbi xidmətdə olanda yazdığı şeirdir... eramızdan əvvəl!
Haqqında sözün yaxşısını əsirgəmək heç vaxt məqbul olmayan zahirən əzəmətli, əzəmətli Zahirin "Sizə zəfər gətirəcəyik" şeiri onun özündən çox, bizə təsəllidir! Mükafatdır! Dəyərdir!
Sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin ay əclaflar
bizi gözləyən qadınları...
Təbriklər, şeirləri, kitabları, redaksiyaları evimiz olan oğlan!