Aydın Bəşirov “Kaspar”ı almaq istəyir – Sabiq “gəmiçilik şefi” qayıdır?

Aydın Bəşirov “Kaspar”ı almaq istəyir – Sabiq “gəmiçilik şefi” qayıdır?

01-12-2016 14:41 / Bu xəbər 2922 dəfə oxundu

Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi olmuş (DXDGİ) Aydın Bəşirov özəlləşdirilməyə çıxarılan Mərkəzi Dənizçilər Xəstəxanasını almaq istəyir. 

Bu barədə Qaynarinfo.Az-a məlumatlı qaynaqdan bildirilib.

Qaynağın məlumatına görə, bu günlərdə məlum olub ki, Azərbaycanın bir sıra iri tibb müəssisələri özəlləşdirməyə çıxarılacaq. Onların arasında xalq arasında "Kaspar” kimi tanınan Mərkəzi Dənizçilər Xəstəxanası və onun nəzdindəki uşaq poliklinikası da var. 

Sabiq "gəmiçilik şefi” özəlləşdirmədə iştirak etmək fikrindədir. 

Məlumata görə, Aydın Bəşirov DXDGİ-nin rəisi olarkən bu qurumun tabeliyindəki adıçəkilən xəstəxananı birbaşa nəzarətində saxlayıb. ""Kaspar”ın baş həkimi keçmiş idarə rəisinin bacısı oğlu olub. Həmin dövrdə sözügedən xəstəxananın adı ölkə mətbuatında birq ayda olaraq, rüşvət və korrupsiyanın tüğyan etdiyi tibb müəssisəki kimi hallanıb. Bundan başqa, professional həkimlərin bir çoxu ya haqsız şəkildə işindən kənarlaşdırılıb, ya da özləri buradakı özbaşınalığa dözməyərək özləri işdən uzaqlaşıblar” deyən qaynağımız daha sonra əlavə edib: "DXDGİ rəisi postundan çıxarılan Aydın Bəşirov hazırda əsasən Türkiyədə yaşayır. Burada onun böyük biznesi var. Bəşirov Azərbaycandakı biznesinin əhəmiyyətli hissəsini də ölkədən çıxarıb. Buna səbəb isə onun işsiz qaldıqdan sonra haqqında yayılan məlumatlardır. Həmin məlumatlarda DXDGİ-dəki mənimsəmələr, korrupsiya halları barədə araşdırmalara başlandığı, hətta sabiq idarə rəisinin həbs edilə biləcəyi deyilirdi. Özünə qarşı təhlükələri hiss edən Aydın Bəşirov isə Türkiyəyə getmişdi”. 

Hazırda həmin təhlükələrdən xilas olmağı bacaran və deyilənə görə, bu səbəblə xeyli "tər” tökməli olan Bəşirov yenidən Azərbaycandakı biznes imkanlarını genişləndirmək istəyir. Buna isə özəlləşdirilməyə çıxarılan Mərkəzi Dənizçilər Xəstəxanasını almaqla başlamaq fikrindədir. 

Onun bu istəyinin nə qədər həqiqiətəuyğun olub-olmadığını, doğru olacağı təqdirdə isə reallaşıb-reallaşmayacağını zaman göstərəcək.