Azərbaycan mediasının böhran dövrü: "Cenub.az" da bağlandı

Azərbaycan mediasının böhran dövrü:

10-01-2024 12:37 / Bu xəbər 996 dəfə oxundu

Regionda fəaliyyət göstərən "Cənub xəbərləri" qəzeti və qəzetin saytı "cenub.az" yanvarın 10-da fəaliyyətini dayandırıb. 

Bu barədə qəzetin təsisçisi və baş redaktoru Zahir Əmənov "Arqument.az"a məlumat verib.

O bildirib ki, qəzet maliyyə problemləri üzündən bağlanıb. 

Zahir Əmədov deyib ki, saytın fəaliyyətini davam etdirmək üçün maliyyə problemlərini həll etməyə çalışır. 

O, maliyyə problemləri həll olunacağı təqdirdə media orqanının fəaliyyətini davam etdirəcəyini deyib. 

Onun sözlərinə görə, saytdan öncə maliyyə çətinliyi səbəbindən qəzetin fəaliyyəti dayanıb. İndi artıq media resursunun onlayın platforması da eyni aqibətlə üzləşib. 

"Cənub xəbərləri" qəzeti və "cenub.az" saytı 14 ildir ki, fəaliyyət göstərir və əsasən, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, həmçinin Salyan və Neftçala rayonlarında da yayılır. 
 

Zahir Əmənov

Qəzet eyni zamanda, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə də yer ayırır. 

 "Cənub xəbərləri" qəzeti Azərbaycanda regionlarda davamlı şəkildə yayılan media orqanı olub. 

Media orqanı dəfələrlə yerli məmurların təzyiqlərinə məruz qalıb, 6 dəfə məhkəmə çəkişməsi ilə üzləşib. 

Bir dəfə isə 72 yaşlı baş redaktoru Zahir Əmədov şərlənərək həbs edilib. 

Yalnız ölkə ictimaiyyətinin, ziyalıların prezidentə və daxili işlər nazirinə müraciətindən sonra sərbəst buraxılıb.