Azərbaycan millisi ardıcıl üçüncü oyunda da uduzub

Azərbaycan millisi ardıcıl üçüncü oyunda da uduzub

12-10-2024 00:50 / Bu xəbər 91 dəfə oxundu

Yığma komanda Estoniya səfərində məğlub olub

Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 11-də UEFA Millətlər Liqasında səfərdə Estoniya yığması ilə qarşılaşıb. 

Tallin şəhərində keçirilən C Liqasının 1-ci qrupunun qarşılaşması saat 20:00-da start götürüb.

Azərbaycan millisi əvvəlki iki turda İsveçə (evdə 1:3) və Slovakiyaya (səfərdə 0:2) uduzmuşdu.

Estoniya ilə matçda Azərbaycan millisi Millətlər Liqasında ilk xalını və ya xallarını qazana bilərdi. Amma portuqaliyalı Fernandu Santuşun baş məşqçisi olduğu komanda bu oyunda da məğlub olub – 1:3.

Estoniyaya məğlubiyyətdən sonra hesabında xal olmayan Azərbaycan millisi öz qrupunda sonuncu pillədə qərarlaşıb.