Azərbaycanda avro rekord vurdu

Azərbaycanda avro rekord vurdu

24-08-2015 12:12 / Bu xəbər 1370 dəfə oxundu

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi milli valyutanın fevralda həyata keçirilən 34%-lik devalvasiyasından sonra minimal həddə düşüb, avro isə son 6 ayın ən maksimal səviyyəsinə yüksəlib.

Qaynar.info xəbər verir ki, bu gün dolların məzənnəsi 1,0470 AZN/USD, avronun məzənnəsi isə 1,1994 AZN/EUR səviyyəsində müəyyənləşdirilib.

Qeyd edək ki, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra Azərbaycan dolların minimal məzənnəsi mayın 18-də (1,0471 AZN/USD), maksimal isə aprelin 13-də (1,0537 AZN/USD) qeydə alınıb.

Vahid Avropa valyutasının minimal rəsmi məzənnəsi aprelin 16-da (1,1016 AZN/EUR), maksimal isə mayın 18-də (1,1969 AZN/EUR) müşahidə olunub.//"Report"