Bakıda dollar ucuzlaşıb
04-01-2016 13:00 / Bu xəbər 1877 dəfə oxundu
Yeni il bayramı günlərində Bakıda ABŞ dollarının kəskin bahalaşacağı gözlənilsə də, bu, baş verməyib.
Əksinə valyuta-dəyişmə məntəqələrində dolların satış qiyməti 4 qəpik aşağı düşərək, 1,68 manat təşkil edib. Alış qiymətində isə dəyişiklik olmayıb – "exchange”lər Amerika valyutasını 1,6 manatdan almaqda davam ediblər.
Valyuta bazarının iştirakçıları ucuzlaşmanı dollara tələbatın azalması, eləcə də süni qiymət artımının qarşısını almaq üçün "exchange”lərdə keçirilən yoxlamalarla izah edib. (Ölkə.Az)












