"Baku Electronics"dən hədələyici zəng - TƏHDİD

10-01-2016 23:47 / Bu xəbər 1873 dəfə oxundu

Arqument.Az xəbər verir ki, bu günlərdə 7News.az saytında "Baku Electronics ”in mağazaları bağlanır" başlığı ilə yazı dərc edilib. 

Yazıda qeyd olunub ki, Azərbaycanda milli valyutanın məzənnəsinin sürətlə dəyərdən düşməsi məişət texnikasının satışı bazarında fəaliyyət göstərən yerli iri şirkətlərin fəaliyyətində problem yaradıb. 

Müşahidə olunan qlobal böhran artıq "Baku Electronics " şirkətinə ciddi təsir edib. Yazıda bu istiqamətdə bəzi faktlar detallı təhlil edilib.

Məsələ ilə bağlı sonu "...94 94" olan nömrədən saytın redaksiyasına zəng gəlib. Bu barədə sayt məlumat yayıb.

Məlumata görə, özünü təqdim etməyən gənc ihədə və təhqirlərlə dolu ifadələr işlədib: "Yazının istinadla verildiyini, KİV haqqında qanuna müvafiq şəkildə riayət olunduğunu "Baku Electronics "in "reket"inə başa salmağa çalışsaq da, adam dediyindən dönmürdü. Ən maraqlısı odur ki, zəng edən şəxs "prastoy vətəndaş" və mağazanın "fanat"ı olduğunu qeyd edirdi. Mağazanın yaranma tarixindən tutmuş filiallarına qədər bütün tarixçəni əzbər bilən və mağazaya dəxli olmadığını bildirən bu "prastoy vətəndaşın" tam səs yazısını və nömrəsini saytımızda dərc edəcəyik". 

Mövzu ilə bağlı sözügedən şirkətin də mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az