Blinken: Rusiya artıq müharibəni uduzub

Blinken: Rusiya artıq müharibəni uduzub

26-06-2022 12:39 / Bu xəbər 1340 dəfə oxundu

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Rusiyanın təcavüzünə qarşı müqavimət göstərən Ukraynanı dəstəkləməyə davam edəcək. 

O, əlavə edib ki, Rusiya başladığı  müharibədə artıq uduzub.

Bu barədə Blinken Berlində keçirdiyi mətbuat konfransında deyib: "Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi  özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar oldu. Suveren və müstəqil Ukrayna Putindən daha uzun müddət yaşayacaq”.

Blinken vurğulayıb ki, Rusiya Donbassda müəyyən uğurlar əldə etsə də, qəti qələbədən uzaqdır və artıq əldə etdiyi nailiyyətlər ona hədsiz baha başa gəlib: "Məlumatlara görə, işğalın əvvəlindən bəri on minlərlə rus əsgəri ölüb və ya yaralanıb. Rusiya külli miqdarda tank, təyyarə, zirehli texnika itirməkdə davam edir”.