Zelenski: "Xarkovu da itirə bilərik"
03-03-2024 23:30 / Bu xəbər 887 dəfə oxundu
Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovu itirə biləcəklərindən narahatdır.
O deyib ki, Rusiya ordusu Odessanı bombalamaqda davam edir.
Bu barədə Zelenski "X" səhifəsində məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya ordusu irəliləməyə davam etdiyi üçün Ukrayna Xarkovu itirə bilər.
"Biz başa düşürük ki, onların ordusunu mümkün qədər geri çəkməliyik. Əks halda, Xarkovu tam müdafiə etmək çox çətin olacaq”, - Zelenski belə deyib.
Ukrayna rəhbəri bildirib ki, Rusiya ordusu "Şahed" dronlarından istifadə edərək Xarkov, Odessa və Sumi bölgəsindəki şəhərlərə zərbələr endirib.
Martın 2-də başlanan hücum nəticəsində dronlardan biri Odessada yaşayış binasını vuraraq 18 mənzili dağıdıb.
Hücum nəticəsində iki ölüm faktı təsdiqlənib, biri uşaq olmaqla 8 nəfər yaralanıb.
Ukrayna Prezidenti tərəfdaşlarına çağırış edib.
O deyib ki, hava hücumundan müdafiə sistemlərinə ehtiyac var və Ukraynanın "hava qalxanı" gücləndirilməlidir.