Rusiya müxalifətçisi Aleksey Navalnı ölüb

Rusiya müxalifətçisi Aleksey Navalnı ölüb

16-02-2024 18:28 / Bu xəbər 722 dəfə oxundu

Vəkili ailəsinin xahişi ilə hadisəni şərh etmək istəmir

Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının vəfat etdiyini açıqlayıb.

Açıqlama fevralın 16-da yayılıb.

Bildirilib ki, bütün lazımi reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib: "Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”.

A.Navalnının vəkili Leonid Solovyov "Novaya qazeta”ya bildirib ki, ailəsinin xahişi ilə onun ölümü ilə bağlı xəbərləri şərh etmir: "Aleksey Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm. İndi bunu anlayaq”.

Kremlin sözçüsü Dmitri Peskov siyasətçinin ölümü ilə bağlı xəbərlərə münasibət bildirib: "Bildiyimizə görə, indi bütün mövcud qaydalara uyğun olaraq, Penitensiar Xidmət bütün yoxlamalar və dəqiqləşdirmələrlə məşğul olur və s. Artıq göstəriş tələb olunmur, çünki bununla bağlı Penitensiar Xidmətin indi rəhbər tutduğu müəyyən qaydalar var”.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.