Blinken Yaxın Şərqlə bağlı tvitini niyə silib? - Dövlət Departamenti açıqladı
11-10-2023 16:27 / Bu xəbər 1109 dəfə oxundu
ABŞ Dövlət Departamenti dövlət katibi Antoni Blinkenin türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı barədə məlumat verərək HƏMAS-ın İsrailə qarşı münaqişəsində atəşkəsə çağıran tvitini niyə sildiyini açıqlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı keçirdiyi brifinqdə açıqlama verib.
Dövlət Departamentinin sözçüsü bildirib ki, o, Blinkenin tvitinin səhv ifadə olunmasından təəssüflənir, çünki o, HƏMAS-ın zorakılığı dayandırması lazım olduğunu adekvat şəkildə çatdırmır və bu səbəbdən həmin mesaj silinib.
"Blinkenin Türkiyənin xarici işlər naziri Fidanla söhbətindən sonra biz açıq bəyanat verdik ki, dövlət katibi danışıqda bizim dəfələrlə artıq açıq şəkildə dediyimizi təkrar edib, yəni HƏMAS zorakılıq fəaliyyətini dayandırmalıdır”, - deyə Miller bildirib.
O həmçinin xatırladıb ki, dövlət katibi bu barədə bazar günü açıq şəkildə danışıb və prezident Co Bayden bu məsələ ilə bağlı sərt açıqlama verib.