"Bolt" gedişhaqqını bahalaşdırdı

20-12-2023 01:36 / Bu xəbər 1841 dəfə oxundu

"Bolt" taksi şirkəti gedişhaqqını 10 faiz bahalaşdırıb. 

Bu barədə "Sputnik Azərbaycan"a "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər.

Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. 

Dünəndən qiymət artımı tətbiq edilib. 

"Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. 

Sürücülərə isə uzaq məsafəyə gedişhaqqının artırılması daha sərfəlidir.

"Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. 

Şirkətdən bildirilib ki, hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.

Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gedişhaqqı 2,50 AZN-dir