“Bu qәdәr qızıl gözlәmirdik…”- Azad Rəhimov
15-06-2015 14:34 / Bu xəbər 2185 dəfə oxundu
Bu gün Milli Olimpiya Komitәsinin binasında ilk Avropa Oyunlarında medal qazanan idmançılarımızla görüş keçirilib.
"Qafqazinfo”nun məlumatına görə, "Zәfәr günlәri” adlanan tәdbirdə Gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.
O, Azərbaycanın qazandığı medallar haqda danışıb:
"Karate vә gülәşdә yaxşı uğurlar qazanmışıq. Bu qәdәr qızıl medal gözlәmirdik.Öz doğma torpağımızda keçirilәn yarışda belә ruh yüksәliyi sevindiricidir. Tiratlonda ilk dәfә medal qazanmışıq. Bu da yaxşıdı. Bu, sübut edir ki, biz idman ölkәsiyik”.












