"Bunları bir yerə yığmaq mümkün olsaydı, anladardıq ki..." - Natiq Cəfərli

07-09-2015 14:21 / Bu xəbər 1767 dəfə oxundu

"Dünya iqtisadiyyatının üzləşdiyi böhran fonunda Azərbaycan Dövlət Gömrük Komitəsinin üzərinə böyük məsuliyyət düşür".
 
Arqument.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşündə bildirib.
 Aydın Əliyev gömrük rüsumlarından danışdı
 Aydın Əliyev

"Dünya iqtisadiyyatında baş verən böhranın fonunda ölkəmizin gömrük sisteminin də üzərinə olduqca böyük məsuliyyət düşür. Hazırda işimizin əsasını büdcə ödənişlərini vaxtında yerinə yetirmək və ölkənin təhlükəsizliyini qorumaq təşkil edir", - deyə A. Əliyev vurğulayıb. 

Arqument.Az xəbər verir ki, iqtisadçı ekspert, REAL Hərəkatının İcraçı katibi Natiq Cəfərli Dövlət Gömrük Komitəsinin sədrinin bu açıqlamasını şərh edib: "Bunların hamısını bir yerə yığmaq mümkün olsaydı, 1 saatlıq mühazirə deyib, anladardıq ki, dünyada neftin, qazın qiymətinin düşməsi, böhran demək deyil, tam əksinə, istehlakçı ölkələr üçün qiymət enməsi çox pozitiv addımdır. Keçən ilin sentyabrdan bu günə, yəni son 1 ildə neftin qiymətinin enməsi dünya iqtisadiyyatında artım tempini 0,6% artırıb, dünya əhalisinin 1 trln. dollar vəsaiti cibində qalıb və bu pul digər sahələrə yönəldiyindən, ümumi iqtisadi artıma pozitiv təsir göstərir. Yəni 1 trilyon vəsait benzinə, enerji haqlarının ödənilməsinə getmədi, gündəlik təlabat mallarının alınmasına xərcləndi, bu isə çox yaxşı göstəricidir. İqtisadiyyatları neftdən asılı olan 30-a yaxın ölkədə, ciddi problemlər yaşandı, o cümlədən Rusiyada, bizim məmurlar üçün dünya Rusiyadan ibarət olduğu üçün, elə bilirlər ki, "Rusiyada böhran varsa, bu bütün dünyada böhran var”, deməkdir. Digər tərəfdən, Gömrük Komitəsi hara, ölkəmizin təhlükəsizliyini qorumaq hara? Bu qurumun ölkə əhalisi, iqtisadiyyatımız üçün edə biləcəyi ən gözəl addım – özünü buraxması, komitənin tam ləğv edilməsi, bütün kömrük əməliyyatlarının elektronlaşdırılması olardı..."

Arqument.Az