Cavid Qurbanov bu vəzifəsindən gedir - Yerinə general gəlir

Cavid Qurbanov bu vəzifəsindən gedir - Yerinə general gəlir

11-04-2023 10:59 / Bu xəbər 1894 dəfə oxundu

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

"Qol.az"ın əldə etdiyi xəbərə görə, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək. 

2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. 

Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bu günlərdə Azərbaycan Atletika Federarasiyanın prezidenti seçilib.