DÇ-2018-in qalibi Fransa komandası olub

DÇ-2018-in qalibi Fransa komandası olub

15-07-2018 21:42 / Bu xəbər 6594 dəfə oxundu

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub. 

APA-nın xüsusi müxbirinin Fransa və Xorvatiya milli komandaları arasında turnirin final matçının keçirildiyi "Lujniki" stadionundan verdiyi məlumata görə, oyunda hesabı Fransa yığması açıb.

Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.

Hesabda geri düşən Xorvatiya yığması  10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.

38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.

Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.

Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.    

Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb. Beləliklə, Fransa 20 il sonra yenidən Dünya Çempionu titulunu qazanıb.

DÇ-2018

Final

15 iyul

Fransa – Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. "Lujniki” stadionu