DÇ-2022: Xorvatiya millisi bürünc medal qazanıb
18-12-2022 02:58 / Bu xəbər 1581 dəfə oxundu
Onlar Mərakeşi məğlub ediblər
Qətərdə təşkil olunan dünya çempionatında dekabrın 17-də 3-cü yer uğrunda oyun keçirilib.
Bürünc medal uğrunda matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib.
"Xəlifə” stadionunda keçirilən oyunu qətərli FİFA referisi Əbdülrəhman Əl-Cassim idarə edib.
Saat 19:00-da başlayan qarşılaşma xorvatların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xorvatiya millisi qələbə sayəsində ikinci dəfə dünya çempionatının üçüncüsü olub.
Onlar ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək, bu titula sahib çıxıblar.
Mərakeş isə tairixində ilk dəfə mundialda bürünc medallar uğrunda mübarizə aparıb.
Dünya çempionatına dekabrın 18-də Argentina və Fransa komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.