Dəniz Baykal vəfat edib

Dəniz Baykal vəfat edib

11-02-2023 20:50 / Bu xəbər 937 dəfə oxundu

Fevralın 11-də Cümhuriyyət Xalq Pariyasının (CHP) sabiq başqanı Dəniz Baykal vəfat edib.

84 yaşlı Dəniz Baykal uzun illər beyin iflicindən əziyyət çəkirdi.

Məlumatı partiyanın indiki başqanı Kamal Kılıcdaroğlu "Twitter”də yayıb.

1938-ci ildə Antalyada anadan olan Dəniz Baykal yeddi dəfə həmin şəhərin deputatı olub.

O, Ankara Universitetinin Hüquq fakültəsini bitirib. 

Təhsilini ABŞ-da davam etdirən D.Baykal yenidən Ankara Universitetində müəllim kimi çalışıb.

1974-cü ildə Bülent Ecevit hökumətində qurulan koalisiyada maliyyə naziri vəzifəsini icra edən D.Baykal 1978-ci ildə qurulan üçüncü Ecevit hökumətində enerji və təbii sərvətlər naziri olub.