Dünya futbolu şokda: prezident istefa verdi
03-06-2015 01:53 / Bu xəbər 2574 dəfə oxundu
Bir neçə gün əvvəl yenidən FIFA prezidenti seçilən Zepp Blatter gözlənilməz addım atıb.
Fanat.az хəbər verir ki, ali futbol qurumunun rəhbəri istefa verib.
O, qərarını az öncə Süriхdə keçirdiyi mətbuat konfransında açıqlayıb. 79 yaşlı Blatter qərarını rüşvət ittihamları və FIFA rəsmilərinin həbs ilə əlaqələndirib: "Vəzifəm hər kəs tərəfindən dəstəklənmir.
Yeni prezidenti seçmək üçün hər kəsi fövqəladə konfransa çağırıram. Düşünürəm ki, FIFA-nın tərkibi tamamilə yenidən formalaşmalıdı".
FIFA-nın növbədənkənar konfransı qədər Blatter vəzifəsinin icrasına davam edəcək.
Konfransın isə 2015-ci ilin dekabr ayı ilə 2016-cı ilin mart ayı arasında baş tutacağı gözlənilir.












