Dollar dünyada bahalaşmağa başladı, Azərbaycanda isə...

Dollar dünyada bahalaşmağa başladı, Azərbaycanda isə...

22-03-2016 11:58 / Bu xəbər 1953 dəfə oxundu

Dünyada dolların kursunun avroya qarşı möhkəmlənməsi prosesi gedir.
 
Baku.ws-in məlumatına görə, ötən cümə axşamı dolların mövqeyini möhkəmlətməsindən sonra ABŞ pul vahidi bazar ertəsi də avroya nisbətən mövqeyini qoruya bilib. Çin yuanına nisbətən də ABŞ dollarının kursu möhkəmlənməkdə davam edir. JPMorgan Chase & Co yuan üçün nikbin, dollar üçün bədbin proqnoz versə də hələ ki, bunun əksi müşahidə olunmaqdadır. ABŞ dollarıının Rusiya rublu qarşısında bahalaşacağı da proqnozlaşdırılır. Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin 1 dolların 70 rublun altında qalacağı proqnozunu verib. Hazırda isə kurs 69 rubla bərabərdir. 
 
Azərbaycan manatına gəlincə isə burada tam əksi baş verir. Mərkəzi Bank bayram ərəfəsində açıqlamaları ilə manatın dollar qarşısında bahalaşdığını açıqlamışdı. Martın 18-nə rəsmi məzənnə 1,5971 AZN/USD səviyyəsində olub. Bu məzənnə bayram günləri üçün də keçərlidir. Bayramdan sonrakı kurs isə maraq doğurur. 

Arqument.Az