Dövlət Neft Fondu 2 gündə 8 milyon dollar itirdi
12-08-2015 11:40 / Bu xəbər 1243 dəfə oxundu
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çinin milli valyutası - yuanın devalvasiyasının davam etməsi səbəbindən bu gün daha 8 mln. ABŞ dolları itirib.
"Report" xəbər verir ki, avqustun 12-də Çin Mərkəzi Bankı yuanı daha 1,62% devalvasiya edib.
Bu qərardan sonra ARDNF Çin istiqrazlarına 500 mln. dollarlıq yatırımı 8 mln. dollar dəyərdən düşüb.
Dünənki devalvasiya da nəzərə alınmaqla, son iki gündə ARDNF-in zərəri 18 mln. dollara yaxın olub.
Arqument.Az












