Əkrəm Əylisi: "Şəxsiyyət vəsiqəm müsadirə olunub, səs verə bilməyəcəyəm"

Əkrəm Əylisi:

07-01-2024 15:28 / Bu xəbər 1182 dəfə oxundu

Yazıçı Əkrəm Əylisi növbədənkənar prezident seçkisində səsverməyə getməyəcək. 

Bu barədə "Qaynarinfo"ya yazıçının özü məlumat verib. 

O, bunun səbəbini şəxsiyyət vəsiqəsinin olmaması ilə izah edib: "Prokurorluq şəxsiyyət vəsiqəmi müsadirə edib. Səs vermək üçün şəxsiyyət vəsiqəsi lazımdır, onu da məndən alıblar. Mənə səs verməyə mənə imkan qalmayıb".

Nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü Əkrəm Əylisli "Daş yuxular" əsərinə görə  İlham Əliyevin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilib. 

Prezidentin sərəncamında qeyd olunub ki, Əylisli Azərbaycan tarixi ilə bağlı gerçəklikləri yazıçı adına yaraşmayan şəkildə təhrif edib.

Əylisli isə ona təzyiqləri siyasi sayıb, "Daş yuxular"ın bədii bir əsər olduğunu deyib. 

Əkrəm Əylisli həmçinin Milli Məclisin III çağırış (2005-ci il) deputatı olub.