Ekspert güzəştli ipotekadan danışdı: "Qiymətlər aşağı olacaq"

Ekspert güzəştli ipotekadan danışdı:

19-11-2016 16:50 / Bu xəbər 1861 dəfə oxundu

"Güzəştli ipoteka ilə verilən mənzillərin qiyməti aşağı olacaq”.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov Toplumtv-yə güzəştli ipoteka ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə sosial ipotekanın məqsədi ondan ibarətdir ki, burada mənzillərin qiyməti aşağı olsun: "Çünki mənzillər bazar tərəfindən deyil, investorlar tərəfindən inşa olunaraq, təklif ediləcək. Burada birbaşa xərc MMC tərəfindən  həyata keçirildiyi üçün nəticə etibarilə evlərin daha ucuz qiymətə təklifinə gətirib çıxaracaq. İlkin ödənişlə bağlı da fərq var. Güzəştli mənzillər üçün daha ucuz nəzərdə tutulub. İpotekalarda bəzən ilkin ödəniş 40% müəyyən olunur. Güzəştli ipotekada isə daha aşağı olacaq. Eyni zamanda digər  məqam odur ki, daxili ipoteka dollarladır, amma güzəştli evlər manatla ödəniləcək. Yəni sosial ipotekada olduğu kimi vətəndaşlar manatın kursundan asılı olmayaraq, manatla ödəniş edə bilərlər. Bu da valyuta risklərindən sığorta olunması baxımından etibarlıdır". 

"Biz təklif edirik ki, iki növ mənzillər bazara çıxarılsın: bir sosial ipoteka ilə alınan mənzillər. Digər tərəfdən isə MMC-nin özünün öz hesabına ipotekadan kənar vəsaitlər hesabına inşa etdiyi mənzillər. Yəni əgər sosial ipotekadan konkret güzəştli qruplar istifadə edirsə, daha məqsədə uyğundur ki, digər ipotekadan tək sosial ipoteka hüququ almaq imkanı olan şəxslər deyil, hamı istifadə edə bilsin. Tutaq ki, gənc ailələr üçün də olması daha məqsədə uyğundur. Güman olunur ki, strategiyada bu məsələlər əks olunacaq. Amma  bütün hallarda güzəştli mənzillə ipoteka krediti ilə alınan mənzil arasında fərq var. Eyni zamanda burada digər məqam mənzilin sənədləşməsi ilə  bağlıdır. Bununla bağlı ilkin elektron baza yaradılacaq. Həmin mənzillər özləri sənədləşəcək, elektron bazaya daxil olacaq. Kupça problemi olmayacaq. İlkin qeydiyyat yolu ilə həll olunacaq. Bu da alınan mənzilin sənədli olması baxımından vacibdir", - deyə ekspert bildirib.

Arqument.Az