Elə çal yaramın gözü qanasın...

Elə çal yaramın gözü qanasın...

08-04-2015 01:29 / Bu xəbər 2204 dəfə oxundu

Arqument.Az gənc şair Elnur Rasiboğlunun bir şeirini təqdim edir:


Aşıq mizrabını toxundur telə,
Elə çal yaramın gözü qanasın...
Aşıq, mizrabını toxundur elə,
Ruhum silkələnsin, könlüm oyansın...

Simlərin ahəngi kövrəltsin məni,
Axsın, gözlərimdən yaş gilə-gilə.
Donmuş arzularım coşub, çağlasın
Qulaq asa-asa baş sarıtelə...

Aşıq, mizrabını toxundur telə,
Anamın laylası yadıma düşsün.
Bülbül nəğmə desin xarıbülbülə
Vüsal həsrət ilə o an görüşsün.

17.02.2015