Elmar Qasımovla Mustafa Babanlı arasında QALMAQAL

Elmar Qasımovla Mustafa Babanlı arasında QALMAQAL

27-09-2015 00:49 / Bu xəbər 4331 dəfə oxundu

20150923-170301link (1)Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla Azərbaycan Dövlət Neft Akademiyasının təzə təyin edilən rektoru Mustafa Babanlı arasında qalmaqal baş verib. 

Tia.az xəbər verir ki, bir neçə gün öncə Bakıda keçirilən beynəlxalq konfransda Mustafa Babanlı çıxış edib. Onun ardınca söz Elmar Qasımova verilib. 

E.Qasımov çıxışa başlayanda M.Babanlı zalı tərk etmək istəyib. E.Qasımov ona "hara gedirsiz” deyə sual etsə də, M.Babanlı etiraz formasında əlini yelləyərək zalı tərk edib.

Maraqlıdır ki, bu xəbər bir neçə saytda dərc edilsə də, sonradan həmin saytlardan yığışdırılıb.