"Elmar Rüstəmovun oğlu hərbi hissəyə Audi Q7 ilə gəlirdi" - Jurnalist

22-12-2015 14:25 / Bu xəbər 2009 dəfə oxundu

İlkin Əhmədov: "Baş bankirin oğlu hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi”

Jurnalist İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə bağlı facebook-da status yazıb. 

Jurnalistin yazdıqlarını olduğu kimi təqdim edirik: "Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi. 

Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: "Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya getməyim?"

Baş bankirin oğlunun əmi deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.

İndi də Elman Rüstəmov deyir ki, dəbdəbəli malların idxalını məhdudlaşdırmaq lazımdır. A bəy, sənin oğlun 2007-ci ildə Q7 sürürdüsə, indi yəqin vetrolyotda gəzir! Dünyanın maliyyə mərkəzi hesab olunan Wall Street-də oturanlar işə qiyməti maksimum 20 min dollar olan maşında gəlir, Elman bəy son model BMW-də”.

Arqument.Az