Ermənistanın Xarici işlər naziri istefa verdi

Ermənistanın Xarici işlər naziri istefa verdi

16-11-2020 17:16 / Bu xəbər 828 dəfə oxundu

Zöhrab Mnatsakanyanın noyabrın 16-da istefa verrdiyi bildirilir

Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan noyabrın 16-da istefa verib.

Məlumatı nazirliyin mətbuat xidmətinin katibi Anna Naqladyan yayıb.

2018-ci ildən Ermənistanın Xarici işlər naziri olan Zöhrab Mnatsakanyan 1966-cı ildə Yerevanda doğulub.

1990-cı ildə Moskva Beynəlxaq Əlaqələr Universitetini bitirən sabiq nazir Londonda Mançestr Universitetində magistr təhsili alıb.

Eyni zamanda, o, Ermənistanın Vatikandakı səfirliyində birinci katib vəzifəsində çalışıb.

Zöhrab Mnatsakanyan müxtəlif illərdə Ermənistanı İsveçrədə, Avropa Şurasında, BMT-də diplomat kimi təmsil edib.///meydan.tv