“Muxtar Babayevin növbəti barbarlığı..."

“Muxtar Babayevin növbəti barbarlığı...

16-04-2023 00:38 / Bu xəbər 866 dəfə oxundu

"Muxtar Babayev növbəti barbarlığa rəsmi olaraq imza atıb. Qusar rayonundan 22.3 hektar meşə fondu torpağını Qusar Bələdiyyəsinə ev tikmək üçün ayırıb. Ağaclar kəsilir və kökləri evlərin tikilməsi üçün çıxarılır. ETSN rəsmi razılıq verib. Əvəzində 30 hektar boş torpaq sahəsi alıb”.

Bu sözləri "Ecofront” təşkilatının rəhbəri Cavid Qara bildirib.

Onun sözlərinə görə, meşə sahəsində kimlərsə villa tikmək istəyirsə, buna meşə çatdırmaq olmaz: "Elə 30 hektarda tiksinlər də. Kimsə meşənin içində özünə villa tikmək istəyirsə buna meşə çatdırmaq olmaz. Muxtar Babayev yox deyə bilmirsiniz, ay xaraktersiz! Sabah başqa şey istəyəcəklər! Yox deməyi öyrənin. Bəlkə, alınır. Bunun o tərəfi-bu tərəfi yoxdur, rəsmi olaraq meşə alverçiliyi edirlər".

"Ekoloji ekspertiza rəy verib ki, yaşıllıqları qorumaqla tikintiyə icazə verilsin. O necə olur fakt odur ki, başdan başa qırma başlayıb. Ekoloji ekspertiza nədir? 5 hektardan artıq meşə qırma üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi və Strateji Ekoloji Qiymətlındirmə Sənədləri hazırlanmalıdır. Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında qanunun tələblərinə uyğun olaraq. O da sizin əlinizdədir. Aldığınız nəfəs də saxtadır", - deyə Cavid Qara bildirib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoaktivistin şikayətinə münasibət bildirməyib.