Evində saxlanılan hüquq müdafiəçisi Nobel aldı

Evində saxlanılan hüquq müdafiəçisi Nobel aldı

06-10-2023 18:19 / Bu xəbər 1255 dəfə oxundu

Hazırda həbsdə olan iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına layıq görülüb. 

Mükafat ona qadın hüquqları və demokratiya uğrunda, eləcə də ölüm cəzasına qarşı yorulmaz mübarizəsinə görə verilib. 

BMT-nin Baş katibi Antonio Quterreş Məhəmmədiyə mükafatın veriıməsini alqışlayıb.

O deyib ki, bu mükafat öz azadlıqlarını, sağlamlıqlarını və hətta həyatlarını risk qarşısında qoyaraq öz hüquqlarını qoruyan qadınlara ehtiramdır. 

51 yaşlı Məhəmmədi İran hakimiyyəti tərəfindən çoxsaylı həbslərə və illərini dəmir barmaqlıqlar arxasında keçirməsinə baxmayaraq, fəallığını davam etdirir.

"Bu mükafat ilk növbədə tanınmış lider Nərgiz Məhəmmədi də başda olmaqla, İrandakı böyük bir hərəkatın çox mühüm işinin tanınması deməkdir", - deyə Osloda mükafatı elan edən Norveç Nobel Komitəsinin sədri Berit Reyss-Andersen bildirib.

O, komitənin bu mükafatın hərəkatın işini uyğun gördüyü bir formada davam etdirəcəyinə təşviq edəcəyinə ümid etdiyini deyib. 

Reyss-Andersen həmçinin İranı dekabrın 10-da keçiriləcək mükafatlandırma mərasimində iştirak etməsi üçün Məhəmmədini azad etməyə çağırıb.

Mükafat aldıqdan az sonra "Instagram" səhifəsində Məhəmmədinin ailəsi bütün iranlıları, İranın cəsur qadın və qızlarını təbrik edib.

Məhəmmədinin bütün həyatı İranı idarə edən ali liderinin başçılıq etdiyi şiə teokratiyasında keçib. 

O dəfələrlə çıxışlarında qeyd edib ki, qadınlar işlərdə, akademik vəzifələrdə və hətta hökumət təyinatlarında olsalar da, onların həyatları ciddi nəzarət altında olub.

Qanunlar namus əlaməti olaraq bütün qadınlardan azı baş örtüyü və ya hicab taxmasını tələb edir. 

İran və qonşu Əfqanıstan bu qaydaya ciddi əməl edən yeganə ölkələrdir.

"The New York Times" qəzetinə müsahibəsində Məhəmmədi deyib ki, insan haqlarını qorumamın qlobal dəstəyi və tanınması məni daha qətiyyətli, daha məsuliyyətli, daha ehtiraslı və daha ümidli edir: "Ümid edirəm ki, bu, dəyişiklik istəyi iranlıları daha güclü və daha mütəşəkkil edəcək. Qələbə yaxındır".

Məhəmmədinin ən son həbsi 2021-ci ildə benzin qiymətlərinin artması ilə nəticələnən ümummilli etirazlarda öldürülən şəxsin anım mərasiminə qatılmasından sonra baş verib.

Məhəmmədi Tehranın Qərblə əlaqəsi olanlar və siyasi məhbuslar saxlandığı məşhur Evin həbsxanasında saxlanır. 

O, 2003-cü ildə hüquq müdafiəçisi Şirin İbadidən sonra Nobel Sülh Mükafatını qazanan 19-cu və İrandan ikinci qadındır.

Nərgiz Məhəmmədi 1972-ci ildə Zəncan şəhərində anadan olub. 

O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə 13 dəfə saxlanılıb. 

Məhəmmədi 5 dəfə mühakimə olunub və ümumilikdə 31 il azadlıqdan məhrum edilib.