"Fərqli güzəştlər olacaq" - Millət vəkili

22-04-2016 11:37 / Bu xəbər 1476 dəfə oxundu

"Qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün çox önəmlidir. Çünki neftin qiyməti kəskin aşağı düşür və enməkdə davam edəcək".

Bu sözləri Qaynarinfo.az-a Milli Məclisin deputatı Vahid Əhmədov sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyətində hökumətin prioritetlərindən və ölkə ərazisinin 5 investisiya zonasına bölünməsinin investisiya layihələri üçün önəmindən danışarkən deyib.

Vahid Əhmədovun sözlərinə görə, hökümət belə bir təşviq planını işləyib hazırlayırdı: "Buna görə də ölkə ərazisinin 5 investisiya zonasına bölünməsi vacib idi. Hara ki, iqtisadi zonadı ora daha çox investisiya yatırılacaq. Həm də bu investisiyalarla əlaqəli müəyyən güzəştlər var. İnvestisiya təşkilindən asılı olaraq fərqli güzəştlər də olacaq. Hətta burda göstərilir ki, hansı məbləğdə yardımlar ediləcək". 

Deputat bildirib ki, bu layihələr çox vacib bir məsələdir: "Qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün çox önəmlidir. Çünki neftin qiyməti kəskin aşağı düşür və enməkdə davam edəcək. Qeyri-neft sektorunun, kənt təsərrüfatı və sənaye sahəsinin inkişafı üçün belə təşviqi işlərin və təbliğatın çox böyük əhəmiyyəti var. Maliyyə baxımından da çox əlverişlidi. Çünki bir tərəfdən bu təşviqdə iştirak edənlərə yardımlar göstərilir, kreditlər azalır. Ciddi problemlərin olmaması üçün bütün tədbirlər nəzərdə tutulub".

Arqument.Az