“Furiosa: Çılğın Maks Əfsanəsi” premyeradan öncə nümayiş olunub

“Furiosa: Çılğın Maks Əfsanəsi” premyeradan öncə nümayiş olunub

27-05-2024 20:47 / Bu xəbər 698 dəfə oxundu

"28 Mall” TM-də yerləşən "CineMastercard” premium kinoteatrında "Furiosa: Çılğın Maks Əfsanəsi” fantastik döyüş filminin premyeradan öncə ScreenX formatında nümayişi keçirilib. 

Maks haqqında ilk film 1979-cu ildə çəkilib və kassada öz büdcəsindən 286 dəfə gəlir gətirib.

Filmin premyerası Kann kinofestivalında müsabiqədənkənar baş tutub.

Ekran əsərinin rejissoru Corc Millerdir. 

Baş rolu Ani Teylor-Coy canlandırıb. Kris Hemsvort isə mənfi personajlardan birini yaradıb.

Filmin süjet xəttinə gəlincə, sivilizasiyanın süqutundan 45 il keçir. 

Ailəsi ilə birlikdə "Min Ananın Yaşıl Torpaqlarında” yaşayan gənc Furiosa, sərkərdə Dementusun başçılıq etdiyi Dağ baykerləri tərəfindən qaçırılır. 

Çöl ərazini keçən dəstə Ölümsüz Coyun ordusu ilə qarşılaşır.

Premyeradan öncə baş tutan nümayişdə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları iştirak edib.

Film "CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur. 

Həmçinin "Furiosa: Çılğın Maks Əfsanəsi” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə "CineMastercard” kinoteatrlarında izləmək olar.

Ülviyyə