Futbolçunun "Neftçi"dən şikayətinə baxıldı

Futbolçunun

12-05-2023 16:29 / Bu xəbər 2667 dəfə oxundu

AFFA-nın nəzdində oyunçuların Statusu və Transferi Komitəsi futbolçu Mirabdulla Abbasovun "neftçi"yə qarşı qaldırdığı kompensasiya iddiasına baxıb.
 
AFFA futbolçunun klubdan şikayətinə baxıb və müsbət cavab verib: "01 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 01.09.2022-ci il tarixli Razılaşmaya əsasən İddiaçıya ödənilməli olan 80 000 (səksən min) manat kompensasiya məbləğinin qalan 23 585,5 manat ( iyirmi üç min beş yüz səksən beş manat əlli qəpik) hissəsinin Cavabdeh tərəfindən ödənildiyini nəzərə alaraq iddia tələbi təmin edilmiş hesab edilsin”.
 
Hazırda "Səbail"in formasını geyinən Mirabdulla Abbasov "Neftçi"nin yetirməsidir.