Günəşi söndürən biri var... . - Nərgiz üçün
23-04-2015 17:18 / Bu xəbər 2512 dəfə oxundu
Arqument.Az şair Elnur Astanbəylinin Nərgiz Yaqublu üçün paylaşdığı şeiri təqdim edir:
***
Günəşi söndürən biri...
günəşi söndürən biri var, əlbət,
ona darılmalı,
ona küsməli.
gecənin bağrına xəncər saplayıb
günəşə uzanan əli kəsməli...
bir şam yandırmalı qaranlıqlara...
bir ürək yaxmaqdan çətin deyil ki!
günəşi söndürən biri var əlbət
bu yaxşı iş deyil ona deyin ki...
günəşi söndürən biri var, əlbət,
kimdi? -
tanımayım,
niyə?-
bilməyim...
bu nədi gözlərim yumulur, fəqət
bilməm yuxum gəlir, yoxsa ölməyim...












