Gürcüstan güləş federasiyasının rəhbəri saxlanıb
23-01-2019 14:11 / Bu xəbər 1908 dəfə oxundu
Gürcüstan polisi ölkənin güləş federasiyasının rəhbərini saxlayıb.
O, milli çempionatların birində bir güləşçiyə hücum etməkdə ittiham olunur.
"Araşdırma Gega Tamaz Gegeshidze-nin yanvarın 11-də İdman Sarayında idmançı Zurab Datunashvili-yə fiziki hücum etdiyini üzə çıxarıb ”, – Daxili İşlər Nazirliyinin yanvarın 22-də yaydığı bəyanatda deyilir.
İnternetdə yayılmış videoda Gegeshidze-nin yunan-roma güləşi üzrə ikiqat Avropa çempionu Zurab Datunashvili-yə hücum etdiyi görünürdü. Hadisə çempionun finalda Robert Kobiashvili-yə məğlubiyyətinə etirazından sonra baş verib.
Videoda Gegeshidze-nin əlində metal əşya var, Datunashvili-nin isə qan içindədir, gözünün üstü yarılıb.
Datunashvili yanvarın 22-də AzadlıqRadiosu-na deyib ki, davaya onunla federasiya arasındakı ədavət səbəb olub. O, 2018-ci ildə federasiyanın özüylə bağlı qərarlarını ədalətsiz sayaraq etiraz edib. O həmçinin federasiyada korrupsiyayla bağlı iddialar səsləndirib.
Videonun yayılmasına baxmayaraq, 2017-ci ilin dekabrından federasiya prezidenti olan Gegeshidze ittihamları rədd edib, təhqiqatla bağlı polislə əməkdaşlıq edəcəyini deyib.///azadliq.org