Gündəlik
23-03-2023 00:06 / Bu xəbər 1361 dəfə oxundu
Arqument.az şair Xəyalə Sevilin şeirini təqdim edir:
Üstümdə
müharibədən qalib çıxmış
döyüşçü yorğunluğu...
İçimdə
məzmunsuz bir boşluq...
Ağlımda
"Dəydimi bu müharibəyə?” sualı,
-Yox.
İnsanın ən təhlükəli vaxtı
məsumiyyətini itirdiyi vaxtdı.
İndi durub düşünürəm,
öldürməsəydim məhəbbətini
neçə yaşı olacaqdı?
Unutmaq da öyrənilən bir şeydi-
zaman lazımmış.
Səni niyyət tutub
döydüyüm qapıdan
gələn bəd xəbər
alın yazımmış…
Darıxıram, İlahi,
yoxluqdu, təklikdi.
Bunun adı bir gün deyil,
bunun adı gündəlikdi...