Həq mənim ömrümü kəssin sənə ənam eləsin...

Həq mənim ömrümü kəssin sənə ənam eləsin...

02-06-2024 23:53 / Bu xəbər 1078 dəfə oxundu

Seyid Əzim Şirvani 

Kim ki, istər özünü sərvəri-əyyam eləsin,
Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.

Abi-Kövsərdə mənim hər nə nəsibim varsa,
Döndərib rəbim onu badeyi-gülfam eləsin.

Yar gəldi, hamı öz dərdinə məşğul oldu,
Qalmadı kimsə ki, əhvalıma əncam eləsin.

Sən nə kütahsən, ey şamu-vüsalu-dilbər,
Həq mənim ömrümü kəssin sənə ənam eləsin.

Zülfi xəttin gətirir arizinə cananın,
Kafər istər, əcəba, kafəri islam eləsin?

Olsa nakamlığım gər o pərinin kamı,
Dili-divanəmi həq dəhrdə nakam eləsin.

Seyyid ol zülfü rüxündən ki, hekayət söylər,
İstəyir kim günün ol vəch ilə axşam eləsin.