Hökumət “Azərişıq”ın 170 milyon manat borcunu bağışladı

Hökumət “Azərişıq”ın 170 milyon manat borcunu bağışladı

05-05-2023 13:30 / Bu xəbər 1299 dəfə oxundu

"Azərişıq” ASC-nin "Azərenerji” ASC-yə olan 170 milyon 500 min manat kreditor borcu bağışlanıb.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə Maliyyə Hesabatları və Müstəqil Auditorların Hesabatında belə deyilir. 

"2022-ci ildə Nazirlər Kabinetinin 28 dekabr 2022-ci il tarixli 795 nömrəli qərarına əsasən həmin tarixə "Azərenerji” ASC-yə olan 170 milyon 500 min manat məbləğində kreditor borcu bağışlanmışdır”,– hesabatda bildirilir.

"Azərişıq” şirkəti Azərbaycan Respublikası Nazirlər Kabineti ilə təmsil olunan dövlətə məxsusdur. 

Şirkətin nəzarətedici tərəfi Azərbaycan hökumətidir.