İdmançılarımızın medal savaşı başladı - CANLI YAYIM

İdmançılarımızın medal savaşı başladı - CANLI YAYIM

16-06-2015 15:51 / Bu xəbər 1801 dəfə oxundu

Taekvondo üzrə qadınlar arasında Kristal Zalda yarışlar keçirilir.

ANS PRESS-in məlumatına görə, 49 kq çəkidə Azərbaycan təmsilçisi Patimat Abakarova İsveçrədən olan idmançı Loanna Koutsou ilə qarşılaşacaq. Patimat Abakarova dörddəbir final mərhələsində qələbə qazanacağı təqdirdə adını yarımfinala yazdıracaq.

İdmançımız qələbə qazanacağı təqdirdə növbəti rəqibi serbiyalı idmançı olacaq. Patimat bundan öncəki mərhələdə Rusiyadan olan idmançı Alexandra Lyçaginaya qalib gəlmişdi. 

Taekvondo üzrə kişilər arasında 58 kq çəkidə digər bir təmsilçimiz Məhəmməd Məmmədov İspaniyadan olan idmançı Xesus Tortosa Kabrera ilə döyüşəcək. Məhəmməd qələbə qazanacağı təqdirdə yarımfinala adlayacaq.