İki şirkət arasında məhkəmə çəkişməsi
10-02-2023 16:16 / Bu xəbər 1012 dəfə oxundu
Qarabağ veteranının 84 min manatı ödəniləcək?
Türkiyəli iş adamı Mustafa Korkmaza məxsus olan "Korkmaz Group” MMC ilə inşaat sektorunda tanınan şirkətlərdən olan "Sabah Residence” MTK arasında məhkəməsi çəkişməsi başlayıb.
"Qaynarinfo" xəbər verir ki, bu işdə "Korkmaz Group” MMC iddiaçı, "Sabah Residence” MTK isə cavabdeh tərəfdir.
"Korkmaz Group” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
İşin mahiyyəti podrat müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Araşdırımalarımız zamanı məlum olub ki, 1 mart 2019-cu il tarixində "Sabah Residence" MTK ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə podrat müqaviləsi bağlanıb.
Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu isə "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.
Lakin "Korkmaz Group” MMC onun pulunu ödəməyib.
Qarabağ veteranı olan Məmməd Hüseynov mediaya açıqlamasında deyib ki, dəfələrlə şirkətin rəhbərinə müraciət etsə də, nəticəsi olmayıb.
Məmməd Hüseynova ödənilməli olan pulun məbləği 84 400 AZN-dir.
Məlumatlara görə, "Korkmaz Group” MMC ilə "Sabah Residence” MTK arasındakı məhkəmə çəkişməsi də bununla əlaqədardır.
"Korkmaz Group” MMC-nin rəhbəri Mustafa Korkmaz isə "Arqument.az"a açıqlamasında Məmməd Hüseynova borclu olmadığını deyib.
O bildirib ki, "Sabah Residence" MTK ilə məhkəmə prosesi davam edir.












