“Korkmaz Group” MMC iddialara cavab verdi: "Şikayətçiyə borcumuz qalmayıb"

“Korkmaz Group” MMC iddialara cavab verdi:

30-01-2023 15:22 / Bu xəbər 1253 dəfə oxundu

"Korkmaz Group” MMC Qarabağ qazisi Məmməd Hüseynovun iddiaları ilə bağlı "Arqument.az"ın sorğusuna cavab verib

Məmməd Hüseynov iddia edirdi ki, Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan 84400 (səksən dörd min dörd yüz) manat vəsaiti ödəməyib. 

O buna görə, "Korkmaz Group" MMC rəhbəri, türkiyəli iş adamı Mustafa Qorxmazı günahlandırırdı. 

"Korkmaz Group" MMC rəhbəri, türkiyəli iş adamı Mustafa Qorxmaz isə iddiaları əsassız sayır. 

O deyir ki, Məmməd Hüseynov gördüyü işin ödənişini alıb və bu, onun rəsmi hesabına ödənilib. 

Biz "Korkmaz Group” MMC olaraq 2019-cu ildə "Sabah Residence” MTK ilə müqavilə bağlayıb işə başlamışıq. Məmməd Hüseynov isə fiziki şəxs kimi öz VÖEN-ni ilə  "Korkmaz Group” MMC-də müqavilə bağlayıb iş görüb. Görülən işin ödənişini rəsmi olaraq Məmməd Hüseynovun hesabına köçürmüşük. Bir müddət işlədikdən sonra rəsmi müqavilə bitdi və daha sonra Məmməd Hüseynov şirkətimizdə işçi kimi işlədi".

İş adamı deyir ki, hazırda "Sabah Residence” MTK ilə məhkəmə çəkişmələri davam edir: "Bir sıra səbəblərdən dolayı "Sabah Residence” MTK ilə aramızda mübahisəli məsələlər yaranb və bu səbəbdən axırıncı 4 ayda 500 000.00 (beş yüz min manat) pulu ala bilmədim. Lakin buna baxmayaraq, mən maşınlarımı, evimi sataraq işçilərin maaşlarını verdim. Hazırda "Sabah Rezidence” MTK ilə məhkəməmiz davam edir".

Mustafa Qorxmaz hazırda fiziki şəxs kimi iş icraçısı olan şikayətçi Məmməd Hüseynova borclu olmadığını da qeyd edib.