"İqtisadiyyatımız iflic vəziyyətə doğru gedir" - Ekspert
15-02-2016 15:05 / Bu xəbər 1543 dəfə oxundu
"Mərkəzi Bank uçot dərəcəsini niyə qaldırdı? Ona görə ki, dövriyyədə manat qıtlığı var (elə məhz buna görə də manatın məzənnəsi bir qədər artıb). Hamı əlində olan manatı dollara çevirib! İqtisadiyyatımız iflic vəziyyətə doğru gedir".
Arqument.Az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov yazıb.
"Bu qıtlığı necə aradan qaldırmaq olar? Banklara manat kreditləri verməklə! Lakin Mərkəzi Bank vermir. Niyə? Qorxur ki, verdiyi manatı da dollara çevirməyə başlayacaqlar və olan qalan valyuta ehtiyatları da əlindən çıxacaq (manatın məzənnəsinin cüzi möhkəmlənməsi heç nə demək deyil, ölkənin valyuta gəlirləri azalan xətlə gedirsə, milli valyutanın məhkəmlənməsi mümkünsüzdür!). Buna görə də uçot dərəcəsini qaldırır ki, manat kreditləri bahalaşsın və manatı dollara dəyişmək istəyi azalsın. Lakin təbii, bu məqsəd üçün 5% də çox aşağı dərəcədir. Əlbəttə, əgər banklar Mərkəzi Bankdan krediti həqiqətən, 5%-lə götürəcəksə (yəni "şapka" söhbəti olmayacaqsa!). Buna görə də uçot dərəcəsinin yaxında yenə də artması gözləniləndir", - deyə Ə.Həsənov bildirib.
Arqument.Az












