İsrail HƏMAS-ın Livandakı mövqelərini vurdu

İsrail HƏMAS-ın Livandakı mövqelərini vurdu

07-04-2023 07:58 / Bu xəbər 1236 dəfə oxundu

İsrail ordusu fələstinlilərin HƏMAS qruplaşmasının Livandakı hədəflərinə hücum edib. 

Bu barədə İsrail ordusunun "tviter" səhifəsində bildirilir.

Xəbərdə qeyd olunur ki, İsrail ordusu Livanın cənubunda HƏMAS terror təşkilatına məxsus terror infrastrukturu da daxil olmaqla hədəflərə zərbələr endirib. 

"Ordu HƏMAS-ın Livan ərazisindən fəaliyyət göstərməsinə icazə verməyəcək və öz ərazisindən gələn hər atəşə görə məsuliyyəti Livanın üzərinə qoyur", - deyə məlumatda qeyd edilib.