Keçmiş vergilər naziri vergidən yayınıb - Yoxlama aparılır

Keçmiş vergilər naziri vergidən yayınıb - Yoxlama aparılır

04-11-2018 23:30 / Bu xəbər 1942 dəfə oxundu

Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb.

Bu barədə modern.az məlumat yayıb.

Məlumata görə, hazırda Türkiyədə müalicə alan sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır. 

Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir.

Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib. 

F.Məmmədov Türkiyəyə aparılmamışdan əvvəl Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb.  

F.Məmmədov hazırda Türkiyədəki "American Hastanesi"ndə müalicə alır.