Kənd Təsərrüfati Nazirliyi fermerləri pulsuz qoyur

Kənd Təsərrüfati Nazirliyi fermerləri pulsuz qoyur

25-09-2015 14:01 / Bu xəbər 1766 dəfə oxundu

Tədarükçü şirkətdə yaranan maddi problemlər səbəbiylə yetişdirdiyi pambığın pulunu ala bilməyən Aran Qarabağdakı fermerlər Kənd Təsərrüfati Nazirliyinin təklif etdiyi variantın sərfəli olmadığı qənaətindədir. 

Fermerlər deyir ki, yığıma qədər məhsulun becərilməsinə çəkilən xərci tədarükçü şirkət ödəyib və pambığın bir tonunu 410 manatdan götürməliydi. Nazirliyin tövsiyyə etdiyi şirkət isə pambığın hər tonuna ən yaxşi halda 380 manat təklif edir. Üstəlik əkin texnologiyası fərqli olduğundan fermer "ağ qızıl"ı kombaynla deyil, əllə yığmalıdır. 


Bölgədə fəaliyyət göstərən tədarükçü şirkətlərin əkin texnalogiyaları fərqlidir. Bu da məhsulun maya dəyərini ən az 180 manat artırır. Fermerlərin sözlərinə görə, belə olan halda əldə edilən gəlir onlarin tədarükçüyə olan borcunu belə ödəmir.

"Yığdırmaq üçün 10-12 qəpik yığıma veririk, daşınma xərci var. Mən 17 ha pambıq əkmişəm. 11300 manat borcum var. İndi gəlin hesablayaq. 35 ton pambıq verəcəm, bu da edir 7000 manat" deyə bərdəli fermer Ərəstun Cavadov bildirib.

Bu səbəbdən də fermerlərdən hec biri hələlik Kənd Təsərrüfati Nazirliyinin tövsiyyəsinə əsasən xam pambığın qəbulunu elan edən "MKT İstehsalat Kommersiya” MMC-yə məhsulunu satmaq üçün müraciət etməyib. 

Cəmiyyətin Bərdədəki nümayəndəliyindən bildiriblər ki, müraciət olarsa, elan etdikləri qiymətlərə əsasən dəyəri nəğd ödənməklə məhsulu qəbul etməyə hazırdılar. Fermerlerin müqavilə bağladığı digər tədarükçü şirkətin yerli nümayəndəliyində də artiq məhsul qəbuluna start verilib. 


Şirkətdən verilən məlumata görə, bir həftə ərzində zavod emal prosesinə başlayacaq və bundan sonra müqavilə əsasında fermerlərdən qəbul edilən "ağ qızıl"ın dəyəri hər kq 41 qəpikdən olmaqla hissə-hissə ödənəcək.//anspress