Kılıçdaroğlu Rusiyaya xəbərdarlıq etdi

Kılıçdaroğlu Rusiyaya xəbərdarlıq etdi

12-05-2023 13:54 / Bu xəbər 1152 dəfə oxundu

Türkiyədə "Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu Rusiyaya xəbərdarlıq edib.

Bu barədə Kılıçdaroğlu "Tvitter" hesabında yazıb.

"Sevgili rus dostlarımız. Dünən bu ölkədə ortaya çıxan montajlar, tələlər, "dip-feyk” məzmunlar, kasetlərin arxasında siz varsınız. Əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi türkün dövlətindən çəkin. Biz hələ də işbirliyindən və dostluqdan yanayıq”.